"Neftçi"nin baş məşqçisi həmin salamlaşmadan DANIŞDI - "Kurban rus deyil axı..."
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalıar verib.
SAVASHMEDİA.az xəbər verir ki, "Neftçi"nin ukraynalı baş məşqçisi "Turan Tovuz"la matçdan sonra adıçəkilən komandanın rusiyalı çalışdırıcısı Kurban Berdiyevlə əl görüşməsinin etirazlara səbəb olmasına da reaksiya verib.
Bu addımına görə vətəni Ukraynada qınaqlara tuş gələn Yuri Vernidub məsələni belə şərh edib:
“Kurban Berdıyevlə bağlı yazılanlar mənə maraqlı deyil. Açığı, mən heç onun neçə pasportunun olduğunu da bilmirəm, bldiyim odur ki, rus deyil. Kurban Berdiyev türkməndir. Şəkillərdə nə qoyduğunu da bilmirdim. Qısası, müharibənin ilk günündə necə idimsə, indi dı eləyəm. Kimlər ki, bu barədə yazırlar, desinlər görək dörd il ərzində nə ediblər?"
Oğuz