“Liverpul”un ulduz futbolçusu faciəvi şəkildə öldü – 11 gündür evlənmişdi... - FOTO
“Liverpul”un ulduz futbolçusu faciəvi şəkildə həlak olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ispan mətbuatı məlumat yayıb.
Məlumata görə, Dioqu Jota ilə qardaşı Andrenin olduğu avtomobil Zamora əyalətində yoldan çıxaraq qəza törədib. Avtomobil yanmağa başlayıb. 28 yaşlı futbolçu və qardaşı yanaraq ölüblər.
Jota ilə birgə həlak olan qardaşı Andre Silva da peşəkar futbolçu olub. O, Portuqaliya İkinci Liqasında çıxış edən "Penafiel" klubunun futbolçusu idi.
Qeyd edək ki, Jota bu il iyunun 22-də Rute Kardosa ilə ailə həyatı qurub.
Banu