"Özü mənimlə görüşmək üçün..." - Qurbanov Elvindən DANIŞDI

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətə göndərdiyi futbolçusu Elvin Cəfərquliyev barədə danışıb.

Apr 30, 2026 - 23:17
"Özü mənimlə görüşmək üçün..." - Qurbanov Elvindən DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, o, bu gün “Neftçi”yə qarşı keçirilən matçdan (1:2) sonrakı mətbuat konfransında Cəfərquliyev haqda suala belə cavab verib:

"Elvinlə bağlı vəziyyət hələ ki, necə var, elə də qalır. Özü də mənimlə görüşmək üçün hər hansı bir cəhd etməyib. Gələn mövsüm üçün hazırlıq planını hələ tam dəqiqləşdirməmişəm, çünki qarşıda bir neçə oyunumuz var. Əvəzedici heyətə göndərilən futbolçuların orada oynamamasına gəldikdə, mən onların meydana çıxmaması ilə bağlı heç bir xüsusi tapşırıq verməmişəm. Əgər istəsələr, çıxıb oynaya bilərlər".

Oğuz