AFFA Hakimlər Komitəsi "su içən" hakimə qarşı - "Turan Tovuz"un haqqı yeyilib + VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərhini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, "Turan Tovuz" - "Zirə" oyununda mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Sədr FIFA referisi Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyini təsdiqləyib.
Həsənov "Qarabağ" - "Sabah" görüşündə Rauf Cabarovun doğru qərarlar verdiyini vurğulayıb.