Öcalan Özgür Özelə MESAJ GÖNDƏRDİ – “İstəsən...”

Terrorçubaşı Abdullah Öcalan Yeni partiyasının sədri Özgür Özelə mesaj göndərib.

Nov 27, 2026 - 22:15
Öcalan Özgür Özelə MESAJ GÖNDƏRDİ – “İstəsən...”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə kürdlərin DEM partiyasının sözçüsü Ayşegül Doğan məlumat verib.

O bildirib ki, mesaj İmralı nümayəndə heyəti vasitəsilə Özgür Özelə çatdırılacaq. Mətbuat katibinin sözlərinə görə, mesajın məzmunu onlara məlum olmasa da, İmralı heyətinin Özgür Özellə görüş keçirmək istəyi barədə məlumat doğrudur. Görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Ayşegül Doğan bildirib ki, Özgür Özel istəsə, görüşdən sonra mesajı ictimaiyyətlə paylaşa bilər.

Qeyd edək ki, Özgür Özel Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində parlamentdə yaradılması planlaşdırılan Monitorinq Komissiyasında təmsil olunmayacaqlarını açıqlayıb.

Banu