"Putin bu məsələdə heç cür geri çəkilmir" - Kuşner danışıqlardakı əsas əngəli AÇIQLADI
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının əsas maneəsini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Kuşner bu barədə almaniyalı jurnalist Mathias Döpfnerin aparıcılığı ilə yayımlanan “MD Meets” podkastına müsahibəsində danışıb.
Onun sözlərinə görə, tərəflər arasında ən ciddi fikir ayrılığı ərazi mübahisələri ilə bağlıdır. Kuşner deyib ki, Vladimir Putinlə çoxsaylı görüşlər keçirilməsinə baxmayaraq, bu mövzuda razılığa gəlmək mümkün olmayıb.
“Putinin sülh istədiyinə inanıram. Ancaq əsas sual budur: hansı şərtlərlə? Onun istədikləri ilə Prezident Zelenskinin və avropalıların mövqeləri arasında ortaq məxrəc tapmaq mümkündürmü? Mənim qənaətimə görə, ərazi mübahisələri hazırda prosesi dalana dirəyib”, - Kuşner deyib.
ABŞ nümayəndəsi hesab edir ki, ilk növbədə müharibədən sonrakı təhlükəsizlik məsələləri üzrə razılıq əldə etmək, ərazi mübahisələrini isə bundan sonra müzakirə etmək daha məqsədəuyğun olar.
Oğuz