Həbs edilən jurnalistin həyat yoldaşından Putinə MÜRACİƏT - “Qızım atasını axtarır”

Rusiyada casusluqda şübhəli bilinərək həbs edilən yaponiyalı jurnalistin həyat yoldaşı ərinin azadlığa buraxılması üçün müraciət edib.

Nov 26, 2026 - 12:38
Həbs edilən jurnalistin həyat yoldaşından Putinə MÜRACİƏT - “Qızım atasını axtarır”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin 34 yaşlı müxbiri Yuki İmai oktyabr ayında Saxalin vilayətində saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti onu ölkənin müdafiə imkanları ilə bağlı məlumat toplamaqda şübhəli bilir. İttiham təsdiqlənərsə, jurnalisti 10 ildən 20 ilədək həbs cəzası gözləyə bilər.

Onun həyat yoldaşı Nozomi İmai bildirib ki, bir yaşlı qızları atasını axtarır və onun yoxluğunu ağır keçirir.

“Yuki İmai təkcə jurnalist deyil. O, sevimli oğul, həyat yoldaşı və atadır. Onun mümkün qədər tez azadlığa buraxılması üçün kömək istəyirəm”, – deyə o, müraciətində qeyd edib.

Yaponiya hakimiyyəti də jurnalistin azad edilməsini tələb edib. Rusiya tərəfi isə onun həbsinin səbəbi kimi casusluq şübhəsini göstərir.

Aytən