Rusiyanın iddiası ilə Google-un Fransadakı aktivləri donduruldu - Putinin cavabı?
Fransada ABŞ-nin texnologiya nəhəngi “Google” şirkətinin 1,9 milyard avro dəyərində aktivlərinə həbs qoyulması barədə qərar icra olunub. Buna Rusiyanın şirkətinin iddiası səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” və “Le Figaro” nəşrləri məlumat yayıb.
Məlumata görə, noyabrın 25-də məhkəmə icraçısı “Google France” şirkətinə 1,9 milyard avroluq təminat tədbiri barədə bildiriş təqdim edib. Bu addım Rusiyada müflis elan edilmiş “Google” törəmə şirkətinin tələbi əsasında atılıb.
Mübahisə “Google Ireland” şirkətinin Rusiyadakı törəmə müəssisənin reklam gəlirlərindəki payını azaltması ilə bağlıdır. Rusiya məhkəməsi 2026-cı ildə İrlandiya şirkətini 101,6 milyard rublu geri qaytarmağa və əlavə olaraq faiz ödəməyə məcbur edib. Ümumi tələb 1,9 milyard avroya çatıb.
Həbs qərarı bank hesablarındakı bütün vəsaitlərin dondurulması deyil. Tədbir “Google France” şirkətinin “Google Ireland” qarşısındakı maliyyə öhdəliklərinə aiddir.
Hazırda Rusiya tərəfi Moskva məhkəməsinin qərarının Fransada tanınmasına və icrasına nail olmağa çalışır. “Google” isə qərardan şikayət verə bilər.
Aytən