Estoniya Rusiya vətəndaşını deportasiya etdi – Casus imiş
Estoniya xüsusi xidmət orqanları ilə əlaqədə olduğu iddia edilən Rusiya vətəndaşı Anton Zuyevi ölkədən çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Məlumata görə, Estoniya Təhlükəsizlik Polisi Departamenti (KaPo) noyabrın 25-də Anton Zuyevi Rusiyaya deportasiya edib. O, Rusiya xüsusi xidmət orqanları ilə əlaqə saxlamaqda şübhəli bilinir.
Bildirilib ki, qərar ölkənin təhlükəsizliyinə yarana biləcək təhdidin qarşısını almaq məqsədilə qəbul edilib. Zuyevə həmçinin 10 il müddətinə Şengen zonasına giriş qadağası qoyulub.
Qeyd edək ki, bundan əvvəl Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarına gəlib. Latviyanın da analoji addımı nəzərdən keçirdiyi bildirilir. Latviya rəsmisi Kulbergs isə məsələyə təhlükəsizlik amilləri nəzərə alınmaqla kompleks şəkildə yanaşılmasının vacibliyini vurğulayıb.
Banu