İsrail bu plakatlara görə “Qalatasaray”ı UEFA-ya şikayət etdi - FOTOLAR
İsrail Türkiyənin “Qalatasaray” futbol klubunu UEFA-ya şikayət edib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin Fələstinə dəstək nümayişidir.
Klubun prezidenti Dursun Özbek də məlumatı təsdiqləyib və bildirib ki, İsrail dövləti azarkeşlərin Fələstinə dəstək plakatlarına görə “Qalatasaray”ı quruma şikayət edib.
“Ümid edirik ki, UEFA rəhbərliyi siyasi motivli bu şikayəti nəzərə almayacaq”, - D.Özbek bildirib.
Banu