“Müharibəyə hazır olun!” – NATO Baş katibindən ÇAĞIRIŞ

“NATO ölkələri mümkün müharibə ssenarisinə hazırlaşmalı, hərbi xərclərini artıraraq ÜDM-in 5 faizinə çatdırmalıdır”.

Nov 24, 2026 - 10:17
“Müharibəyə hazır olun!” – NATO Baş katibindən ÇAĞIRIŞ

SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Berlində Hərbi Alyansın Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müharibəyə hazırlıq yalnız dövlət qurumlarını deyil, vətəndaşları, biznes sektorunu və yerli idarəetmə orqanlarını da əhatə etməlidir.

“Biz NATO-nun ən yaxşı şagirdləri olan Norveç, İsveç, Danimarka və bəlkə də, bir neçə başqa ölkədən nümunə götürməliyik. Onlar müharibə başlayacağı təqdirdə mülki əhalinin nə etməli olduğunu dəqiq bilirlər”, – Rutte vurğulayıb.

Banu