“Pul ödənilib, amma raketlər verilmir” - Zelenski ABŞ-dən şikayət etdi
“ABŞ Ukraynaya Qərb tərəfdaşları tərəfindən pulu əvvəlcədən ödənilmiş “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketləri belə təhvil verməyib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında bildirib.
O qeyd edib ki, Ukrayna sursatların alınmasına vəsait xərcləmir, silahların satın alınmasını Avropa ölkələri həyata keçirir.
Zelenski xüsusilə ballistik raketlərə qarşı müdafiə vasitələrinin tədarükündəki gecikmələrdən narazılığını ifadə edib. Onun sözlərinə görə, ABŞ tərəfdaşlarının PURL proqramı çərçivəsində ödənişini etdiyi “Patriot” raketlərinin Ukraynaya göndərilməsinə icazə verməlidir. O həmçinin müttəfiqləri proqramın maliyyələşdirilməsini davam etdirməyə çağırıb.
Banu