Ekipaj fədakarlıq göstərib – Qazaxıstan KİV

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipajı Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında qəzaya uğramaqdan öncə layneri yaşayış məntəqəsinin üzərindən uzaqlaşdırmağa nail olub. 

Dec 25, 2024 - 17:32
Ekipaj fədakarlıq göstərib – Qazaxıstan KİV

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qazaxıstanın “ORDA” portal məlumat yayıb.

“Ekipaja afərin, onlar təyyarəni uzaqlaşdıra bildilər. Əks halda qurbanlar daha çox ola bilərdi”, - deyə şahidlər portla bildiriblər. 

“ORDA” yazıb ki, Sayın kəndi qəza yerinin yaxınlığında yerləşir. 2009-cu ilə olan məlumata görə, orada 1,3 min nəfər əhali yaşayır.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi beş ekipaj üzvünün həlak olduğunu açıqlayıb.

Xatirə SADİQ