“Honda” və “Toyota” avtomobillərində PROBLEM VAR - Şirkət geri ÇAĞIRIR
Yaponiyanın “Honda” və “Toyota” avtomobil istehsalçıları təhlükəsizlik yastıqlarında partlama riski ilə əlaqədar ABŞ-də ümumilikdə təxminən 1,6 milyon avtomobili geri çağırır.
SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
Məlumata görə, “Honda” 810 592, “Toyota” isə ABŞ-da 314 min avtomobili geri çağıracaq. “Toyota”nın dünya üzrə geri çağırdığı avtomobillərin sayı isə 790 minə yaxındır.
“Honda”nın qərarı 2013-cü il istehsalı olan “Accord”, 2012–2013-cü illərin “Civic” və “CR-V”, həmçinin 2013-cü il istehsalı olan “Acura ILX” və “RDX” modellərinə aiddir.
Bu avtomobillər ABŞ-nin isti və rütubətli iqlimə malik 14 ştat və ərazisində satılıb və ya qeydiyyata alınıb. Onların arasında Kaliforniya, Florida, Texas, Havay, Puerto-Riko və Quam da var.
Problemin Takata markalı təhlükəsizlik yastıqlarının qaz generatorları ilə bağlı olduğu bildirilir. Aparılan yoxlamalar bəzi qurğularda yanacaq maddəsinin keyfiyyətinin pisləşməsi ehtimalını üzə çıxarıb. Bununla belə, indiyədək qəza və xəsarət halları qeydə alınmayıb.
Qeyd edək ki, 2009-cu ildən bəri Takata şirkətinin qüsurlu qaz generatorları ABŞ-də azı 28 nəfərin ölümünə, 400-dən çox insanın isə xəsarət almasına səbəb olub. Ölümlərdən ən azı 20-si “Honda” avtomobillərində olub.
Banu