Messi rəqibini buna görə vurubmuş - VİDEO
“İnter Mayami” MLS-in pley-off mərhələsində “Kolambus Kryu” ilə qarşılaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi topla rəqib futbolçuya zərbə endirib.
Hadisə qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş vaxtda baş verib. Həmin vaxt “İnter Mayami” 0:1 hesabı ilə geridə olub.
Messi topu autdan oyuna daxil etmək istəyərkən rəqib komandanın hücumçusu Qonsalo Tapiya ona mane olub. Messi geri çəkilməsi üçün ona xəbərdarlıq etsə də, Q. Tapiya əməl etməyib. Nəticədə, Messi topu oyuna daxil etmək istəyərkən Tapiyanın üzünə tərəf atıb. Tapiya üzünü tutaraq yerə yıxılıb.
Baş hakim Allen Çepmen hər iki futbolçuya sarı vərəqə göstərib. Hakim bildirib ki, Messinin hərəkəti qırmızı vərəqə tələb edəcək dərəcədə aqressiv olmayıb.
“Kolambus Kryu”nun baş məşqçisi Loran Kurto isə hakim qərarına etiraz edib.
Qeyd edək ki, Qonsalo Tapiya oyunda iki qol vurub və “Kolambus Kryu” seriyanın ilk qarşılaşmasında qalib gəlib. Komandalar arasında cavab oyunu noyabrın 28-nə keçən gecə keçiriləcək.
Banu