Berdiyev "Şamaxı" - "Turan Tovuz" oyunundakı TƏXRİBATDAN DANIŞDI
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Şamaxı” ilə oyundan sonra komandasının qələbəsini və futbolçusunun qırmızı vərəqə almasını şərh edib.
SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis Misli Premyer Liqasının XII turunda 2:0 hesabı ilə başa çatan qarşılaşmanın çətin keçdiyini bildirib.
Berdıyev komandasının azlıqda qaldıqdan sonra nümayiş etdirdiyi mübarizəni xüsusi vurğulayıb:
“Meydanda azlıqda qaldıqdan sonra futbolçularımız xarakter göstərdilər. Bu, çox önəmlidir”.
Baş məşqçi qırmızı vərəqə epizoduna da münasibət bildirib:
“Təbii ki, qırmızı vərəqə oyuna təsir göstərdi. Belə hərəkətlərə yol vermək olmaz. Birinci hissədə Vadjiyə qarşı da təxribatlar var idi, ikinci hissədə də davam etdi. Ancaq təxribatlara cavab vermək olmaz. Bu cür qırmızı vərəqə və meydanda azlıqda qalmaq qəbuledilməzdir”.
Berdıyev zədələnən Joarlem Santosun vəziyyətindən də danışıb. O, futbolçunun boyun nahiyəsində problem yarandığını və vəziyyətin sabah dəqiqləşəcəyini bildirib.
“Hələ konkret bir şey deyə bilmərəm. Boynunda problem var. Nə baş verdiyi sabah aydınlaşacaq. İnşallah, hər şey yaxşı olar”, – baş məşqçi qeyd edib.
Aytən