Heydərovlar ailəsi 3010-cu ilədək Londona “möhür vurdu” - 10 MİLYONLUQ MƏNZİL

Böyük Britaniyanın paytaxtı Londonda 2011-ci ildə 999 illik müqavilə ilə alınmış, dəyəri 10 milyon funt sterlinq olan mənzilin Kəmaləddin Heydərovun ailə üzvləri ilə əlaqəli olduğu bildirilir.

Nov 21, 2026 - 13:51
Heydərovlar ailəsi 3010-cu ilədək Londona “möhür vurdu” - 10 MİLYONLUQ MƏNZİL

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalistin yazdığına görə, mənzil Karib hövzəsində yerləşən Britaniya Vircin adalarının Tortola adasında qeydiyyatdan keçmiş əmlak şirkəti vasitəsilə əldə olunub. Əmlaka sahiblik hüququ isə 10 noyabr 3010-cu ildə başa çatacaq.

Məlumatda diqqət çəkən məqamlardan biri də müqavilənin müddətidir. İngiltərədə leasehold adlanan bu mülkiyyət forması əmlaka müəyyən müddət ərzində sahiblik və ondan istifadə hüququ verir. Müddət başa çatdıqda əmlak üzərində hüquqlar mülkiyyətçiyə - freeholder-ə qayıdır. 

Səlcuq