Şəmkirdə vəzifəli şəxs öldü

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib.

Nov 21, 2026 - 22:59
Şəmkirdə vəzifəli şəxs öldü

SAVASHMEDİA.az xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib.

Məlumat üçün bildirək ki, Ş. Həsənov uzun illər Şəmkir Rayon Statistika İdarəsinin rəis müavini, son üç ildə isə rəisi vəzifəsində çalışıb.