"Oğlanlar qızlardan tez yoluxur, nəfəs darlığı və..." - COVID-in "qardaş"ı olan yeni virusun əlamətləri

COVID-19-a bənzər yeni bir virus epidemiyası bütün dünyada sürətlə yayılmaqdadır. 

Jan 6, 2025 - 15:14
"Oğlanlar qızlardan tez yoluxur, nəfəs darlığı və..." - COVID-in "qardaş"ı olan yeni virusun əlamətləri

Çinin şimalında xəstəxanalarda maska ​​taxan insanların video görüntüləri ilə müşayiət olunan yeni infeksiyaların artması bütün dünyada narahatlıq doğurur. 

SAVASHMEDİA.az bildirir ki, HMPV virusu simptomlara və yayılma sürətinə görə COVID-19-a bənzəyir. HMPV infeksiyasının ilk halları artıq Qazaxıstan, Qırğızıstan və Ukraynada qeydə alınıb.

Çin səhiyyə orqanları ictimaiyyəti şəxsi gigiyenaya ciddi riayət etmək, mütəmadi olaraq əllərini yumaq və maskalar taxmaq tələb olunur. Vətəndaşlardan həmçinin insanların sıx olduğu yerlərdən uzaq durmağa, sosial məsafəni qorumağa və simptomlar aşkar edildikdə dərhal həkimə müraciət etməyə çağırılır.

İlk dəfə 2001-ci ildə Hollandiyada aşkar edilmiş “insan metapnevmovirusu” xüsusilə körpələrdə, yaşlılarda və immun çatışmazlığı olan şəxslərdə nəfəs darlığı da daxil olmaqla ciddi fəsadlara səbəb ola bilər. Müxtəlif ölkələrdə aparılan araşdırmalara görə, xəstə uşaqlarda aşağı tənəffüs yollarının infeksiyası hallarının 5-20 faizində bu virusa rast gəlinir. 

Bəzi mənbələr oğlanların qızlara nisbətən daha çox yoluxduğunu iddia edir. 

"İnsan metapnevmovirusu” yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə, o cümlədən pnevmoniyaya (sətəlcəm) səbəb ola bilər.

Virus hava damcıları ilə yayılır. İnkubasiya müddəti 5 ilə 9 gün arasında dəyişir. Xəstəlik xüsusilə uşaqlarda, orqan transplantasiyasını gözləyən xəstələrdə, həmçinin böyrək, ağciyər, qaraciyər, ürək çatışmazlığı və digər xroniki xəstəlikləri olan insanlarda ağır keçir.

Virusun əsas simptomlarına burun axması, öskürək, nəfəs darlığı, yüksək hərarət və döş qəfəsində xırıltı daxildir. Virusun aşkarlanması yalnız müayinə və testlərlə mümkündür. 

Uşaqlar xəstəlikdən daha çoxr əziyyət çəkirlər və xroniki xəstəlikləri olan uşaqların yoluxduğu təqdirdə ölüm riski daha yüksəkdir. 

Həkimlər hesab edir ki, xəstələr tez bir zamanda başqalarına yoluxdura bildiyi üçün ev şəraitində müalicə olunmalıdır. Sağaldıqdan sonra da uşaqlar hələ də virusun daşıyıcısı ola bilər və tam sağalma prosesi günlər və ya həftələr çəkə bilər. 

Oğuz