Tramp ən çox güvəndiyi şəxsin ADINI AÇIQLADI - Ondan elə bir şey soruşdu ki... + VİDEO
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı administrasiyasında ən çox güvəndiyi şəxsin adını açəıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp Ağ Evdə keçirilən mətbuat konfransında aparat rəhbəri Stiven Milleri dünyanın ən nüfuzlu adamı adlandırıb.
ABŞ lideri Milləri vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə müqayisə edərək onun bu iki şəxsdən daha yaxşı olduğunu bildirib.
“Bəli, mən hesab edirəm ki, o, bu iki nəfərdən daha yaxşıdır”, - Tramp Vens və Rubionu göstərərək zarafatla bildirib.
Daha sonra prezident Millerdən 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq istəyib-istəmədiyini soruşub.
Trampın bu sözləri Ağ Evdəki mətbuat konfransında təəcüblə qarşılanıb. Qeyd edək ki, Vens və Rubionun da gələcəkdə prezidentliyə namizəd ola biləcəkləri müzakirə edilir.
Xatırladaq ki, Stiven Miller uzun müddətdir, Trampın etibarlı siyasi məsləhətçilərindən biridir. O, xüsusilə administrasiyanın sərt miqrasiya siyasətinin hazırlanmasında əsas fiqurlardan sayılır.
Səlcuq