Zelenskinin yerinə göz dikib? - Qara köynəkli Federov kimdir?
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun ölkədə seçkilərin keçirilməsinin vacibliyi ilə bağlı açıqlaması ABŞ mediasında müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) Fedorovun son videomüraciəti ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqa müraciətləri arasında oxşarlıq olduğunu qeyd edib.
Nəşrin yazdığına görə, Fedorovun videomüraciəti üslub və görüntü baxımından Zelenskinin ənənəvi axşam müraciətlərini xatırladır.
Nəşr eyni zamanda keçmiş nazirin müraciət zamanı qara geyim seçməsinə də diqqət çəkib. Nəşrə görə, bu seçim Fedorovun özünü Ukrayna rəhbəri ilə eyniləşdirmək və prezident postuna mümkün namizəd kimi təqdim etmək cəhdi ola bilər.
WSJ-nin diqqət çəkdiyi digər məqam isə həmin gün Zelenskinin xalqa video müraciət yayımlamaması olub.
Analitiklərin fikrincə, keçmiş nazir Ukrayna cəmiyyətində Zelenskinin siyasətindən yaranan narazılıqdan istifadə etməyə çalışır. Onların sözlərinə görə, bu narazılıq son dövrlərdə ölkədə keçirilən küçə etirazlarında da özünü göstərib. Fedorov daha əvvəl vətəndaşlara müraciətində Ukraynada seçkilərin keçirilməsinin vacibliyini bildirib. Keçmiş nazir ölkənin hazırda idarəçilik böhranı ilə üzləşdiyini deyib.
Qeyd edək ki, Fedorovun bu açıqlamaları onun gələcəkdə Ukrayna prezidentliyinə namizəd ola biləcəyi ilə bağlı müzakirələri də gücləndirib.
Banu