Paşinyan da Danimarkaya yollandı

Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya gedib.

Oct 1, 2025 - 20:35
Paşinyan da Danimarkaya yollandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Paşinyanın adminstrasiyası məlumat yayıb.

Bildirilir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək Avropa Siyasi Birliyinin 7-ci sammitində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan hökumət başçısının beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də nəzərdə tutulub.