Özgür Özəl A,B,C,Z planlarından danışdı - "İmamoğlunu namizəd edə bilməsək..."

“Əkrəm İmamoğludan başqa bir namizəd haqqında danışmaq doğru deyil”.

May 16, 2025 - 11:09
Özgür Özəl A,B,C,Z planlarından danışdı - "İmamoğlunu namizəd edə bilməsək..."

SAVASHMEDİA.az xəbər verir ki, bunu CHP sədri Özgür Özəl “Habertürk” kanalında qatıldığı prqoramda deyib.

Özgür Özəl bildirib ki, Əkrəm İmamoğlunun prezidentlik yolundakı tək əngəli ləğv olunan diplomudur:

“Artıq namizədi dəyişdirə bilmərəm. Namizəd özü belə özünü dəyişə bilməz. Arxasında 15 milyon vətəndaş var. Diplomun bərpa olunacağını düşünürəm. Bizim A,B,C,Z –bütün planlarımız Əkrəm İmamoğludur”.

Özəl diplomun bərpa olunmaması halında tək bir çarənin qaldığını bildirib:

“Həmin gün gələndə (prezident seçkiləri-red) İmamoğlu namizəd ola bilməsə, tərəfsiz biri namizəd olar, xalq onu 70% səslə prezident seçər. 400 millət vəkili seçər. Millət vəklilləri konstitusiyanı dəyişdirər. Parlamentli sistemə keçilər”.

Ə.İmamoğlu Baş nazir, Mansur Yavaş Prezident olar:

“İmamoğlu Baş nazir olar, dövləti idarə edər. Tərəfsiz prezident isə bu gün göstərdiyi münasibətə görə Mansur Yavaş olar”.

CHP sədri bildirib ki, Mansur Yavaşı alternativ vəziyyətinə salmaq istəmir: 

“Mansur bəy keçmişdə "mən heç kimin alternativi olmayacağam" demişdi. Mən də onu alternativ vəziyyətinə salmaq istəmirəm. Mansur bəyin Əkrəm bəylə göstərdiyi birlik çox önəmlidir. Onun partiya şəxsiyyəti, hüquqşünas kimliyi, idarəçi kimliyi çox önəmlidir. Həmin vaxt çatanda özü nə düşünər, biz nə düşünərik, cəmiyyət nə düşünərsə, ona uyğun qərar verilər".

Mansur Yavaşı dəyərsizləşdirmək istəmirəm:

“İmamoğlu millətin (15 milyonun) namizədi olduğu üçün prezidentliyə namizəddir dedim. Məsələnin özü, sözü budur. Mansur bəyi dəyərsizləşdirəcək bir şey demərəm. Onunla şəxsi və partiya əlaqələrimiz çox güclüdür”.

Banu