Təhlükəsizlik kəməri taxmamağın cəriməsi nə qədərdir? - Kimlər taxmaya bilər? 

Təhlükəsizlik kəməri taxmayan sürücüləri hansı cəza gözləyir və kimlər təhlükəsizlik kəmərlərindən istifadə etməyə bilər?

May 16, 2025 - 10:38
Təhlükəsizlik kəməri taxmamağın cəriməsi nə qədərdir? - Kimlər taxmaya bilər? 

SAVASHMEDİA.az mövzunu araşdırıb.

Azərbaycanda təhlükəsizlik kəməri taxmamağın cəriməsi 40 manatdır. Bu, həm sürücülər, həm də sərnişinlər üçün keçərlidir. 

Qanunvericiliyə əsasən, avtomobilin hərəkətində olan hər bir şəxsin təhlükəsizlik kəmərindən istifadə etməsi məcburidir.

Bəzi xüsusi hallarda isə təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir:

Hamilə qadınlar – Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinin 6-cı hissəsinə əsasən, hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Lakin unudulmamalıdır ki, isrənilən halda təhlükəsizlik kəmərindən istifadə etməmək təhlükəlidir. 

12 yaşa çatmamış uşaqlar – Bu yaş qrupundakı uşaqların təhlükəsizlik kəmərindən istifadə etməməsi qanunla icazəlidir. 

Avtomobili geriyə idarə edərkən sürücülər – Avtomobili geriyə idarə edərkən sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsi qanunla icazəlidir. 

Yaşayış məntəqəsində operativ nəqliyyat vasitələrini (polis, təcili yardım, yanğınsöndürən və s.) idarə edənlər – Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməmək hüququna malikdirlər. 

Qeyd edək ki, bəzi sürücülər həkimlərdən saxta arayışlar alaraq "ürəyim xəstədir" deyə təhlükəsizlik kəmərindən istifadə etməməyə çalışırlar. Lakin qanunvericilikdə bu cür istisna hal yoxdur. Əksinə, belə bir sənəd təqdim edərək özünüzü haqlı çıxarmağa çalışarkən haqsız duruma düşə bilərsiniz

Oğuz