İranın dövlət kanalı Trampın öldürülməsi üçün pul yığır - Bu qədər ianə toplandı + VİDEO

İran İslam Respublikasının dövlət televiziyasına (IRIB) məxsus Quran kanalının efirində ABŞ Prezidenti Donald Trampın qətli üçün pul toplanıb.

Aug 19, 2026 - 14:15
İranın dövlət kanalı Trampın öldürülməsi üçün pul yığır - Bu qədər ianə toplandı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, teleaparıcı Məryəm Qasemi canlı yayım zamanı tamaşaçıları Donald Trampı öldürəcək şəxsə veriləcək mükafat üçün ianə etməyə çağırıb.

M. Qasemi bildirib ki, İran xalqının ümumi arzusu ABŞ prezidentinin ölüm xəbərinin bir gün canlı efirdə səsləndirilməsidir.

Çağırışa cavab olaraq 10 dəqiqə ərzində 100 milyon İran tüməni toplanıb. Bu məbləğ təxminən 535 ABŞ dollarına bərabərdir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ və İsrail kəşfiyyatı Donald Trampın təyyarəsinə İranın zenit-raket kompleksi ilə zərbə endirməyi planlaşdırdığına dair məlumat alıb. Buna görə də ABŞ lideri 7-8- iyulda Ankarada keçirilən NATO sammitindən qayıdarkən kameralar qarşısında "Air Force One" təyyarəsinə minsə də, daha sonra başqa hərbi təyyarəyə keçib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)