"Mbappe məşq zamanı məni güldürür" - Joze Mourinyo 

"Real"ın baş məşqçisi Joze Mourinyo hücumçu Kilian Mbappedən danışıb.

Aug 19, 2026 - 15:07
"Mbappe məşq zamanı məni güldürür" - Joze Mourinyo 

SAVASHMEDİA.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "El Chiringuito de Jugones" verilişində fransalı futbolçunun məşqlərdəki çıxışını yüksək qiymətləndirib.

Mourinyo Mbappenin bəzən onu güldürdüyünü deyib:

"Mbappe inanılmazdır. Bəzən məşq zamanı məni güldürür. Çünki o, həddindən artıq yaxşıdır. Bu, başqa planet səviyyəsində olan futbolçudur".