"Turan Tovuz"un xilası AFFA-nın göndərəcəyi bu məktubdan asılıdır - "Bozqurd"lar ÜMİDLƏNDİ

UEFA-nın 2026/27 mövsümü üçün Konfrans Liqasından kənarlaşdırdığı "Turan Tovuz" qərarın ləğvi üçün mübarizəni davam etdirir.

Jun 5, 2026 - 18:46
"Turan Tovuz"un xilası AFFA-nın göndərəcəyi bu məktubdan asılıdır - "Bozqurd"lar ÜMİDLƏNDİ

SAVASHMEDİA.az xatırladır ki, UEFA qərar qəbul edərkən AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarına istinad edib. 

Həmin qərarla "Turan Tovuz"un bəzi futbolçuları danışılmış oyunlarda iştirak etdiklərinə görə futboldan uzaqlaşdırılmışdı.

Klub qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. 

Sportinfo-nun iddiasına görə, klub eyni zamanda AFFA-dan UEFA-ya məktub göndərilməsini xahiş edib. Məktubda "Turan Tovuz"un həmin hadisəyə görə 2019/20-ci il mövsümündə Premyer Liqaya buraxılmadığının qeyd olunması istənilib.

Klub rəhbərliyi hesab edir ki, bu fakt UEFA-ya təqdim edilərsə, sanksiyanın ləğvi mümkün ola bilər. Çünki eyni hadisəyə görə iki dəfə cəza tətbiq olunması hüquqi baxımdan mübahisəli sayılır.

Aytən