"Gözüm səni axtaracaq" - Elvindən Zubirlə bağlı təsirli paylaşım

“Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev komandadan ayrılan Abdullah Zubirlə bağlı paylaşım edib.

Aug 17, 2026 - 12:04
Aug 17, 2026 - 12:05
"Gözüm səni axtaracaq" - Elvindən Zubirlə bağlı təsirli paylaşım

SAVASHMEDİA.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu sosial şəbəkə hesabında ("İnstagram") fransalı futbolçu ilə vidalaşıb.

Cəfərquliyev Zubirin fotosunu paylaşaraq ingiliscə yazıb:

“Səni unutmayacağam, mənim Zubam. Sənə ən yaxşısını arzulayıram”. 

Cəfərquliyev Azərbaycan dilində bu qeydləri də edib: “Gözüm səni axtaracaq”.

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.

Aytən