Prezident onlara general-leytenant rütbəsi verdi - ADLAR

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Aug 17, 2026 - 12:29
Prezident onlara general-leytenant rütbəsi verdi - ADLAR

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“General-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Mürsəl oğlu Ələkbərova

general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova

general-mayor Faiq Həmzəağa oğlu Məmmədova

“General-mayor” ali hərbi rütbəsi

polkovnik Elfan Şakir oğlu Quliyevə.