Peskov Putinin Çinə apardığı nüvə çamadanından DANIŞDI - VİDEO
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Çinə nüvə çamadanı ilə getməsi xəbərlərinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, D.Peskov jurnalistlərin bu məsələyə marağını təcrübəsizliklə əlaqələndirib.
O bildirib ki, Putini xarici səfərləri zamanı həmişə nüvə çamadanını özü ilə aparır və bu, yeni hal deyil:
“Nüvə çamadan, görünür, prezidenti ilk dəfə görənlərin diqqətini çəkərək xəbər başlıqlarına çıxıb. Həmin çamadan prezidentin bütün səfərlərində onu müşayiət edib, lakin indiyədək heç vaxt mediada müzakirə mövzusuna çevrilməyib”.
Qeyd edək ki, noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Putinin köməkçisinin nüvə çamadanını daşıdığı əks olunan video yayılıb.
Banu
Bu gönderiyi Instagram'da gör