Qurbanovun “Qarabağ”dan uzaqlaşdırdığı qohumu biznesə başladı - ƏT MAĞAZASI AÇIB

Uzun illər “Qarabağ”ın formasını geyinmiş Abbas Hüseynov futbol karyerasında yaşadığı çətinliklərdən sonra özünü biznes sahəsində sınamağa başlayıb.

Nov 20, 2026 - 19:15
Qurbanovun “Qarabağ”dan uzaqlaşdırdığı qohumu biznesə başladı - ƏT MAĞAZASI AÇIB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən 31 yaşlı müdafiəçi Bakıda ət və ət məhsullarının satışı ilə məşğul olan “Meatfood” adlı mağaza açdığını bildirib.

Ticarət obyekti paytaxtın Nəsimi rayonunda, Qulu Quliyev küçəsində yerləşir.

Futboldan necə uzaqlaşdı?

Abbas Hüseynovun “Qarabağ”la yolları 2026-cı ilin oktyabrında ayrılıb. O, apreldə komandanın nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əsas heyətdən uzaqlaşdırılmışdı.

Müdafiəçi bir müddət əvəzedici komandada çıxış etsə də, onun əsas heyətə qayıtması baş tutmayıb. Qurban Qurbanov da mətbuata Abbasın əsas komandaya qaytarılmasının mümkün olmadığını bildirmişdi.

Nəhayət, oktyabrın 28-də futbolçu ilə klub arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Beləliklə, onun Ağdam təmsilçisindəki 9 illik fəaliyyəti başa çatıb.

Abbas Hüseynov 2017-ci ildən “Qarabağ”da çıxış edib. Bu müddətdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun qalibi olub. O, Çempionlar Liqasında da komandanın heyətində meydana çıxıb.

Qurban Qurbanovla qohumluğu var

Abbas Hüseynov 2024-cü ilin oktyabrında Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə ailə həyatı qurub.

Başqa sözlə, indi də özünü biznesdə sınamaq qərarına gəlmiş sabiq futbolçu “Qarabağ”ın baş məşqçisinin qardaşının kürəkənidir.

Səlcuq