Rəqib klubların məşqlərini gizlicə izləyirdi - Məşqçiyə CƏZA

İngiltərənin “Sauthempton” klubu rəqib komandaların məşqlərinin gizli izlənilməsi qalmaqalına baxmayaraq, baş məşqçisi Tonda Ekkertlə müqaviləni 2029-cu ilədək uzadıb.

Nov 20, 2026 - 18:21
Rəqib klubların məşqlərini gizlicə izləyirdi - Məşqçiyə CƏZA

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

33 yaşlı alman mütəxəssis ötən mövsüm “Oksford Yunayted”, “İpsviç” və “Midlsbro” klublarının məşqlərinin izlənilməsinə göstəriş verməkdə ittiham olunub. Ekkert İngiltərə Futbol Assosiasiyasının (FA) irəli sürdüyü qayda pozuntularını etiraf edib.

Müstəqil intizam komissiyasının qərarı ilə baş məşqçiyə futbolla bağlı bütün fəaliyyətlərdən altı həftəlik şərti uzaqlaşdırma cəzası və 28 min funt sterlinq (təxminən 37 min dollar) cərimə verilib. Şərti cəza 2027/28 mövsümünün sonunadək qüvvədədir. Ekkert həmin müddətdə oxşar qayda pozuntusuna yol verərsə, cəza qüvvəyə minə bilər.

Qalmaqalın nəticələri təkcə baş məşqçi ilə məhdudlaşmayıb. “Sauthempton” ötən mövsüm Çempionşipin pley-off finalından kənarlaşdırılıb və cari mövsümə dörd xallıq cəza ilə başlayıb.

Buna baxmayaraq, klub rəhbərliyi Ekkertə etimad göstərərək onunla yeni müqavilə imzalayıb. Mütəxəssis də yeni anlaşmanın klubla ortaq məqsədlərə sadiqliyin göstəricisi olduğunu bildirib.

Oğuz