Qurban Qurbanovdan "Kopenhagen" açıqlaması
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:
"Bu matça məsuliyyətli yanaşırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Kopenhagen" ciddi rəqibdir. Qalibiyyət futbolumuzu daha da sevdirir. Oyunçulara inam verir. Bu sahəyə yatırım qoymaq insanlara həvəs verir. Futbol idmanın şahıdır. Ölkəmizin tanınmasında az da olsa, pay sahibi oluruq. Belə olan halda məsuliyyət daha da çoxalır. Azarkeşlərimiz matçlara ümidlə gəlirlər. Biz də bunu dərk edirik. Furbolçuda həyəcan olursa, bunun arxasında məsuliyyət dayanır. İdman elə şeydir ki, işin içinə girəndə qorxu və həyəcan yox olur. Bunu dərk edərək meydana çıxmaq lazımdır. 90 dəqiqə həyəcanın olması problemdir. Bizdə belə hal yoxdur'.
Oyunlarımızı Bakı Olimpiya Stadionunda keçirə bilərdik. Amma arena hazır deyil. Hər halda, meydan amili rol oynayır. Hazırda oyunçular burada özlərini rahat hiss edirlər. Bakı Olimpiya Stadionunda olsaydı, yenə məsuliyyətli olacaqdıq.
Qurbanov rəqibin üstün cəhətlərinin çoxdur. Bütün bunları incələyib futbolçulara çatdırmışıq. Meydanda taktiki savaş da gedə bilər. Böyük istək və diqqətlə oynayacağıq. Mən də bu görüşün nəticəsindən həzz ala bilərəm. Özüm də oyunun içində olacağam. "Kopenhagen"in sürətli hücumları var. Bu, bizə problem yarada bilər. Mütləq 90 dəqiqə oyunun içində olmalıyıq".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.