"Neftçi"nin baş məşqçisi istefa sualına GÜLDÜ - Vernidubun CAVABI 

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo"suna 2:4 hesabı ilə uduzduqları matçdan sonra sualları cavablandırıb.

Jul 22, 2026 - 23:57
"Neftçi"nin baş məşqçisi istefa sualına GÜLDÜ - Vernidubun CAVABI 

SAVASHMEDİA.az xəbər verir ki, o, "cavab matçında məğlub olacağınız təqdirdə istefa verəcəksinizmi?" sualına gülərək cavab verib.

"Təkcə iki oyuna görə getməli olduğumu düşünürsünüz? Mən belə fikirləşmirəm. "Neftçi" böyük tarixə malik klubdur. Futbolda məğlubiyyətlər olur. İlk oyundan sonra məşqçidən istefa tələb etmək düzgün yanaşma deyil. Qarşıda cavab oyunumuz var. Qələbə qazana da bilərik. "Dinamo" özü də əvvəlki mərhələdə ilk oyunda məğlub olmuşdu, sonra vəziyyəti dəyişdi. Məşqçiyə işləmək üçün imkan vermək lazımdır", - o vurğulayıb.

Təcrübəli mütəxəssis azarkeşlərə də müraciət edərək onları səbirli olmağa çağırıb:

"Futbolda belə hallar olur. Elə komanda yoxdur ki, hər oyunda qalib gəlsin. Hər kəs öz işində səhv edə bilər. Buna görə dərhal ən sərt qərarı vermək düzgün deyil", - Vernidub qeyd edib.

Aytən