"Fənərbağça" heç-heçə ilə başladı
Türkiyə Super Liqasında I turun görüşləri baş tutub.
SAVASHMEDİA.az xəbər verir ki, günün mərkəzi matçında bu mövsüm çempionluğu hədəfləyən "Fənərbağça" səfərdə "Göztəpə" ilə qarşılaşıb.
Anderson Talişka 90+5-ci dəqiqədə penaltidən fərqlənə bilməyib və nəticədə qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.