"Putinlə də mənimlə danışdığı kimi danışsın" - Zelenskidən Trampa
“ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Putin haqqında da elə danışmalı, eyni ritorikadan istifadə etməlidir”, - o bildirib.
Ukrayna Prezidenti xatırladıb ki, ABŞ liderinin qarşısında Konqres tərəfindən artıq qəbul edilmiş sanksiyalar var: “Bunu edə bilər”.
Zelenski Trampın Putinlə xüsusi münasibətlərinə görə həmin sanksiyaları tətbiq etmədiyini düşündüyünü qeyd edib.