Dünyanın ən çox qazanan futbolçusu kimdir? – Messi, yoxsa Ronaldo?
2026-cı il üzrə dünyanın ən çox qazanan futbolçularının siyahısı açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, “Forbes” jurnalı bu il ən çox gəlir əldə edən 10 futbolçunun adını sadalayıb.
Nəşrin yazdığına görə onluğun ilk pilləsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kristiano Ronaldo qərarlaşıb. Portuqaliyalı ulduzun illki qazancı 300 milyon dollardır.
İkinci yeri “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi tutub. Messinin illik gəlirinin 145 milyon dollar olduğu qeyd edilib.
Üçüncü yeri illik 100 milyon dollar qazancla Madrid “Real”ının fransalı futbolçusu Kilian Mbappe tutub.
Siyahıda dördüncü yer “Mançester Siti” klubunun norveçli ulduzu Erling Haalanda məxsusdur. Onun qazancı 85 milyon dollardır.
Beşinci yerdə 76 milyon dollarla “Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior qərarlaşıb.
55 milyon dollar gəlirlə “Barselona”nın futbolçusu Lamin Yamal altıncı yeri tutub.
Yeddinci yer 54 milyon dollar qazancla Sadio Maneyə (Əl-Nəsr), səkkizinci yer isə 45 milyon dollar gəlirlə Cud Bellingemə (Real Madrid) məxsusdur.
Siyahının doqquzuncu pilləsində 42 milyon dollar gəlirlə Harri Keyn (Bavariya), son pilləsində isə 40 milyon dollar qazancla Məhəmməd Salah (Trabzonspor) qərarlaşıb.
Qeyd edək ki, “Forbes” nəşri bu siyahını hazırlayarkən futbolçuların klublardan əldə etdikləri əməkhaqqı və digər ödənişlərə, eləcə də futboldankənar fəaliyyətlərindən qazandıqları vəsaitlərə istinad edib.
Banu