Cavid Ağaməliyev həbs edildi

"Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib.

Oct 22, 2026 - 19:56
Cavid Ağaməliyev həbs edildi

SAVASHMEDİA.az APA-ya istinadən bildirir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.