Müctəba Xameneini kim(lər) gizlədir? - İranda GÜNÜN SUALI

İranın yeni ali rəhbəri Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması onun liderliyi və səlahiyyətləri ilə bağlı müzakirələrə səbəb olub.

Oct 23, 2026 - 15:47
Müctəba Xameneini kim(lər) gizlədir? - İranda GÜNÜN SUALI

SAVASHMEDİA.az xəbər verir ki, iranlı jurnalist Əli Şirazi Xameneinin üzə çıxmamasını onun liderlik iddiaları ilə uzlaşmayan hal kimi qiymətləndirib.

“Xamenei hətta özü istəsə belə, ictimaiyyət qarşısına çıxmasına icazə verilmirsə, bu məsələnin əsl mahiyyəti açıqlanmalıdır. Ona ictimaiyyət arasına çıxmağa icazə verməyənlər kimlərdir? Bu qadağanı hansı qurumlar tətbiq edir və belə bir qərarı kim verib?”

Farsdilli “Radio Fərda” və “IranWire” nəşrləri də Müctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsi və bunun yaratdığı qeyri-müəyyənlik barədə yazıblar.

Səlcuq