“Rusiya polyaklarla ukraynalıları küsdürməyə çalışır” - Donald Tusk
Polşanın baş naziri Donald Tusk Kremli polyaklarla ukraynalıların münasibətlərini pozmağa çalışmaqda ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tusk X sosial şəbəkəsində yazıb.
“Ukrayna müharibəsi sona yaxınlaşdıqca, Rusiya Kiyev və Varşavanın arasını vurmaq üçün əlindən gələni edir. Ukraynalıların anti-Polşa jestləri və Polşada anti-Ukrayna əleyhinə əhval-ruhiyyənin qızışdırılması Putin, xarici agentlər və yerli əbləhlər tərəfindən hazırlanmış ssenaridir”, - deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Moskvanın təxribatçı davranışı dəyişməz qalıb.
Xatirə SADİQ