“Sülh Ukraynanın ərazi bütövlüyünü əhatə etməlidir” – Litva prezidenti

Litva prezidenti Gitanas Nauseda Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyinə diqqəti cəlb edib. 

Aug 12, 2025 - 13:56
“Sülh Ukraynanın ərazi bütövlüyünü əhatə etməlidir” – Litva prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, Litva prezidenti bu barədə X sosial şəbəkəsində yazıb. 

“Bu gün biz aydın siqnal veririk: Ukraynada ədalətli və möhkəm sülh müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qurulmalıdır. Bunu ukraynalılarsız həll etmək qeyri-mümkündür! Ən başlıcası odur ki, Ukrayna xalqı öz taleyini seçmək azadlığına malik olmalıdır. Və inanıram ki, bu, onları Avropa İttifaqına aparacaq!”, - deyə Gitanas Nauseda vurğulayıb.

Xatirə SADİQ