Kuleba Baydenin masasında gördüyü sənəddən danışdı - "Yazılmışdı ki, Ukrayna..."
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba 2022-ci ildə Ağ Evdə olarkən prezident Baydenin iş masasında gördüyü sənəddən ilk dəfə bəhs edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Ukraynanın "Kanal 24" televiziyasına müsahibəsində danışıb.
Dmitri Kuleba iddia edib ki, 2022-ci ilin əvvəlində ABŞ prezidenti Co Baydenin masasında Ukraynanın süqutu ilə bağlı proqnozların əks olunduğu sənədi şəxsən görüb.
“Mən o zaman başa düşdüm ki, Ukraynanın taleyi həll olunub. Çünki onun masasındakı sənəddə Ukraynanın məhv olacağı açıq-aydın yazılmışdı. Hərbi, siyasi analitiklər, CIA - hamı yekdil idi - Ukrayna məhv olacaq” - Kuleba bildirib.
Xatırladaq ki, Kuleba daha əvvəl bildirmişdi ki, 2022-ci il fevralın 18-20-də Münhendə keçirilən konfransda Qərb nümayəndələri ona Vladimir Zelenskinin video formatda vəsiyyət yaymağını görüblər.
Yağmur