"Təkcə Rusiyada 20 min kvadratkilometr ərazi quruyub" - Putindən XƏZƏR HƏYƏCANI
Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşması və səviyyəsinin kəskin düşməsi ilə bağlı regional miqyaslı təhlükəyə diqqət çəkib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya lideri son 20 il ərzində təkcə Rusiya Federasiyası ərazisində Xəzər dənizinin quruyan və dayazlaşan sahəsinin təxminən 20 min kvadratkilometrə çatdığını bəyan edib.
Putin vurğulayıb ki, Xəzərin ekoloji böhranı artıq ciddi iqtisadi və sosial fəsadlara yol açır: "Xəzər dənizinin səviyyəsinin düşməsi Xəzəryanı regionların investisiya cəlbediciliyinin azalmasına, yeni iş yerlərinin itirilməsinə və yerli əhalinin həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxarır".
Rusiya dövlət başçısı Xəzəryanı ölkələrin ekoloji balansı qorumaq, dəniz nəqliyyatını, balıqçılığı və sahil infrastrukturunu xilas etmək üçün birgə kompleks tədbirlər görməsinin və elmi araşdırmaları sürətləndirməsinin vacibliyini ifadə edib.