Türkiyədə mütəşəkkil dəstə tutuldu - 51 nəfər

Türkiyənin İstanbul şəhərində mütəşəkkil silahlı dəstə ifşa olunub.

Nov 23, 2026 - 10:44
Türkiyədə mütəşəkkil dəstə tutuldu - 51 nəfər

SAVASHMEDİA.az xəbər verir ki, məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, əməliyyatla 51 dəstə üzvü saxlanılıb. Dəstə qətl, qəsdən xəsarət yetirmə, ümumi təhlükəsizliyin qəsdən təhlükəyə salınması, əmlaka zərər vurma və hədələmə cinayətləri törətməkdə ittiham olunur.

Məlumata görə, onlar Başakşehir və Küçükçekmece başda olmaqla İstanbul üzrə 35 cinayəti törətməkdə şübhəli bilinirlər.

Aytən