Bu içkilər infarkt və insult yaradır - XƏBƏRDARLIQ!

“Enerji içkilərinin həddindən artıq qəbulu qan təzyiqinin kəskin dəyişməsinə, ürək ritminin pozulmasına, hətta infarkt və insult riskinin yaranmasına səbəb ola bilər”.

Nov 23, 2026 - 01:21
Bu içkilər infarkt və insult yaradır - XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bunu həkim Aleksandr Umnov bildirib.

Onun sözlərinə görə, enerji içkilərinin tərkibində kofein, taurin, qlükoza, jenşen ekstraktı və digər stimullaşdırıcı maddələr var. Bəzi enerji içkilərində kofeinin miqdarı təhlükəsiz hesab edilən gündəlik normanı əhəmiyyətli dərəcədə üstələyir.

Həkim qeyd edib ki, bu içkilərin normadan artıq qəbulu orqanizmin bütün sistemlərinə həddindən artıq yük salır. Nəticədə ürək döyüntüsü sürətlənir, ürək ritmi pozulur və qan təzyiqində kəskin dəyişikliklər baş verir.

Mütəxəssis xəbərdarlıq edib ki, ürək-damar xəstəliklərinə meyilli insanlarda belə hallar miokard infarktı və ya insult kimi ağır fəsadlara yol aça bilər.

Banu