"Həmişə benzin tapmaq olmur" - Putin yanacaq böhranını ETİRAF ETDİ 

Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr ölkədə yanacaq təminatı ilə bağlı problemlər yaradıb.

Jul 13, 2026 - 18:42
"Həmişə benzin tapmaq olmur" - Putin yanacaq böhranını ETİRAF ETDİ 

SAVASHMEDIA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin deyib ki, Ukraynanın enerji obyektlərinə hücumları ölkə üçün müəyyən çətinliklər yaradıb:

"Enerji infrastrukturuna zərbələrə gəlincə, əlbəttə ki, bu hücumlar bizə problemlər yaradır. Bu, aydındır. Hazırda ölkədə yanacaq çatışmazlığı müşahidə edilir, lakin bu, kritik həddə deyil".

Putin bildirib ki, yaranmış vəziyyətin aradan qaldırılması üçün zədələnmiş obyektlərin bərpası sürətləndiriləcək, yanacaq idxalı artırılacaq və neft emalı müəssisələrinin hava hücumundan müdafiəsi gücləndiriləcək.

Bundan əvvəl keçirilən müşavirədə isə Putin yanacaq təminatında problemlərin həm sürücülər, həm də biznes üçün çətinlik yaratdığını qeyd etmişdi.

"Problemlər həm sürücülər, həm də biznes üçün qalır. Təəssüf ki, yanacaqdoldurma məntəqələrində hələ də növbələr var və tələb olunan markada benzin hər zaman olmur".

Səlcuq