Boşanmaq neçəyə başa gəlir? - Və tələb olunan sənədlər
Azərbaycanda boşanma qarşılıqlı razılıq əsasında qeydiyyat (VVAQ) orqanında və ya məhkəmə qaydasında rəsmiləşdirilir.
SAVASHMEDİA.az xatırladır ki, tələb olunan sənədlər müraciətin hansı qaydada edilməsindən asılı olaraq dəyişir.
Əgər ər və arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa və hər iki tərəf boşanmağa razıdırsa, onlar qeydiyyat (VVAQ) orqanına müraciət edə bilərlər. Bu zaman şəxsiyyət vəsiqələri, nikah haqqında şəhadətnamə, birgə ərizə və dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz təqdim edilir. Nikahın qarşılıqlı razılıq əsasında qeydiyyat orqanında pozulmasına görə 20 manat dövlət rüsumu ödənilir.
Əgər ailənin yetkinlik yaşına çatmayan ümumi uşaqları varsa, yaxud tərəflərdən biri boşanmağa razı deyilsə, nikah yalnız məhkəmə qaydasında pozulur. Bu halda məhkəməyə iddia ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, nikah haqqında şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnamələri (olduqda), dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər zəruri sənədlər təqdim edilir.
Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra boşanmanın dövlət qeydiyyatının aparılması üçün də 20 manat dövlət rüsumu ödənilir. Əgər məhkəmə qərarında rüsumun hansı tərəf tərəfindən ödəniləcəyi göstərilməyibsə, rüsumu qeydiyyat üçün ilk müraciət edən şəxs ödəyir.
Aytən