Texniki baxışdan keçməyən maşının cəriməsi nə qədərdir? - MƏBLƏĞ

Azərbaycanda istismarda olan nəqliyyat vasitələri qanunvericiliklə müəyyən edilmiş müddətdə texniki baxışdan keçməlidir. 

Jul 13, 2026 - 18:04
Texniki baxışdan keçməyən maşının cəriməsi nə qədərdir? - MƏBLƏĞ

SAVASHMEDİA.az xatırladır ki, bu tələbi yerinə yetirməyən sürücülər inzibati məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirmədən idarə edən sürücü 50 manat məbləğində cərimə edilir.

Qanunvericiliyə görə, sürücü texniki baxışdan keçmədiyinə görə cərimə olunduqdan sonra 20 gün ərzində avtomobili texniki baxışa təqdim etməlidir. Bu müddət ərzində eyni pozuntuya görə təkrar cərimə tətbiq edilmir.

Texniki baxışın əsas məqsədi avtomobilin əyləc sistemi, sükan idarəetməsi, işıq cihazları, təkərlər və digər vacib texniki göstəricilərinin təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaqdır. Sürücülərə cərimə ilə üzləşməmək və yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün texniki baxış müddətini əvvəlcədən yoxlayaraq vaxtında müraciət etmələri tövsiyə olunur.

Səlcuq