Radar cəriməsini necə yoxlamaq olar? - Ən asan üsullar
Sürücülər yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan radar cərimələrini bir neçə üsulla yoxlaya bilərlər.
SAVASHMEDİA.az xatırladır ki, bunun üçün hər hansı dövlət qurumuna getməyə ehtiyac yoxdur.
Radar cəriməsini yoxlamağın ən rahat yolu Daxili İşlər Nazirliyinin elektron xidmətlər portalından istifadə etməkdir. Bunun üçün avtomobilin dövlət qeydiyyat nişanı və şəhadətnamə məlumatları daxil edilir. Bundan başqa, cərimələri ASAN Login vasitəsilə "myGov" platformasında da yoxlamaq mümkündür.
Eyni zamanda, "e-polis" mobil tətbiqi üzərindən də nəqliyyat vasitəsinə tətbiq olunan cərimələr, cərimə balları və digər məlumatlarla tanış olmaq mümkündür.
Qeyd edək ki, radar tərəfindən qeydə alınan qayda pozuntusu təsdiqləndikdən sonra elektron sistemə daxil edilir və sürücünün adına rəsmiləşdirilir. Buna görə də sürücülərə cərimələrini vaxtaşırı yoxlamaq və müəyyən edilmiş müddətdə ödəmək tövsiyə olunur.
Səlcuq