Tramp niyə Putini “dost” adlandırıb? – MARAQLI SƏBƏB
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə qarşı sərt ifadələr işlətməkdən çəkinməsinin səbəbini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu Ukraynada sülhə nail olmaq istəyi ilə əlaqələndirib.
O, Putini Çinin Şençjen şəhərində keçirilən ikitərəfli görüş zamanı "dost" adlandırmasına da aydınlıq gətirib:
“Putinə “Səndən xoşum gəlmir” də deyə bilərdim, lakin bu halda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri arasındakı münasibətlərdə yaranan vəziyyət təkrarlanardı”.
Xatırladaq ki, Donald Tramp Çinin Şençjen şəhərində Vladimir Putinlə keçirdiyi görüşdə onu “dost” adlandırıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə “Tramp Putini istədiyi kimi adlandıra bilər, amma o bizim üçün düşməndir, qatildir. Dünyada insanların əksəriyyəti də onu qatil hesab edir” deyərək ABŞ liderinə etirazını bildirib.
Banu